Reklam mesajlarının və tanınmayan nömrələrdən gələn SMS-in təhlükələri açıqlanıb

15 Sentyabr 2020 08:12

SMS-i açmazdan əvvəl hər zaman "Göndərən" sətrində əks olunan adı yoxlamalısınız. Əgər "Push-pəncərə"də "İnfo" kimi ümumi ad qeyd olunubsa, yaxud tanımadığınız nömrədən mesaj gəlibsə, onu açmaq tövsiyə olunmur.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Keyfiyyət Sisteminin ("Roskaçestvo") mütəxəssisi Alesya Borovikova xəbərdarlıq edib.

O, həmçinin "gəlib çatmayan MMS-ə" görə SMS-də göndərilən linkə keçməyi də məsləhət görməyib.

Mütəxəssis adı məlum olmayan və emosional bəzənmiş mesajların, yaxud aksiyalar və uduşlar haqqında ismarıcların tipik saxtakarlıq əlaməti olduğunu vurğulayıb.

"Bu cür SMS-lərdə olan viruslar şəxsi məlumatları oğurlaya və hətta istifadəçini kartdakı bütün vəsaitdən məhrum edə bilər", - deyə Borovikova sözlərini yekunlaşdırıb.

Milli.Az