Yevlaxda mənzildən kişi meyiti tapılıb

15 Sentyabr 2020 08:48

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yevlax şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Milli.Az FHN-ə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1968-ci il təvəllüdlü Əlioğlu Həsən Nəbi oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az