Bakıda avtoyuma məntəqəsində işləyən şəxsi elektrik cərayanı vurub

15 Sentyabr 2020 08:38

Bakının Qaradağ rayonunda bədbəxt hadisə zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə 7-ci Massivdə qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Vəliyev Xalid Fəzrəndə oğlu işlədiyi moykada elektrik cərayanı vurub.

Yaralı elektro travma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az