Oreqon ştatında meşə yanğınları 10 nəfərin ölümünə səbəb olub

15 Sentyabr 2020 08:33

ABŞ-ın Oreqon ştatında meşə yanğınları nəticəsində 10 nəfər həlak olub.

Milli.Az bildirir ki, bunu Trend-ə bu barədə ştatın qubernatoru Keyt Braun mətbuat konfransı zamanı deyib.

Qubernator bildirib: "Təəssüf ki, yanğınla əlaqədar 10 nəfərin öldüyünü öyrəndik. Bunu bizim məhkəmə ekspertlərimiz də təsdiqlədi".

Onun sözlərinə görə, Kanada, həmçinin Şimali Dakota və Miçiqan ştatlarının hakimiyyətləri Oreqona yanğınsöndürmə briqadaları göndəriblər.

Milli.Az