Braziliyada koronavirusdan ölənlərin sayı 132 min nəfəri ötüb

15 Sentyabr 2020 08:23

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 15 155 nəfər yoluxub.

Milli.Az bildirir ki, bunu Trend-ə bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 345 610 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 381 nəfər ölüb, ölənlərin ümumi sayı 132 006 nəfər təşkil edir.

Milli.Az