Bağdadın "yaşıl zona"sı raket hücumuna məruz qalıb

15 Sentyabr 2020 08:13

İraqın paytaxtı Bağdadın "yaşıl zona" adlanan ərazisi raket hücumuna məruz qalıb.

Milli.Az bildirir ki, bunu Trend-ə iki raket dövlət qurumlarının və xarici diplomatik missiyalarının, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi ərazinin yaxınlığına düşüb.

İnsident nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edək ki, "yaşıl zona" Bağdadda dövlət qurumlarının və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi əraziyə deyilir.

Milli.Az