Baham adaları sahillərində qayıq batıb, 15 nəfər itkin düşüb

15 Sentyabr 2020 07:35

Baham adaları sahillərində göyərtəsində 30 nəfər olan qayıq batıb.

Milli.Az bildirir ki, bunu Trend-ə hadisə nəticəsində azı 15 nəfər itkin düşüb, 12 nəfəri isə xilas etmək mümkün olub.

Məlumata əsasən, qayığın göyərtəsində Haiti və Yamayka vətəndaşları olub.

Bildirilir ki, itkin düşənlərin axtarışları davam etdirilir.

Milli.Az