Hökməlidə birmərtəbəli evdə yanğın olub

15 Sentyabr 2020 07:25

Abşeron rayonunun Hökməli qəsəbəsində ümumi sahəsi 80 m2 olan, tikintisi başa çatmayan birmərtəbəli evin yanar konstruksiyaları 40 m2 sahədə və bitişik ümumi sahəsi 40 m2 olan birmərtəbəli evin dam örtüyü 20 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az