“Hyundai” aşdı, sürücü öldü

14 Sentyabr 2020 23:30

Goranboy rayonunda "Hyundai" markalı avtomobil aşıb, sürücü ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Goranboy-Qaraçınar avtomobil yolu istiqamətində "Hyundai" markalı minik avtomobil idarəetmədə çıxaraq aşıb.

Qəza nəticəsində 1994-cü il təvəllüdlü rayon sakini Araz Hümbətöv hadisə yerində dünyasını dəyişib. Faktla bağlı hadisə yerində araşdırma aparılır.

Milli.Az