İkimərtəbəli ev yandı, qarajındakı “Muravey” də

14 Sentyabr 2020 23:10

Salyan rayonunun Arbatan kəndində ümumi sahəsi 170 m2 olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 65 m2 sahədə və 1-ci mərtəbəsinin qarajında "Muravey" markalı motosikletin yanar hissələri yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az