ÜST-ün Avropa üzrə Regional Komitəsinin 70-ci sessiyası başlayıb

14 Sentyabr 2020 21:41

Bu gün ÜST-ün Avropa üzrə Regional Komitəsinin 70-ci sessiyası öz işinə başlayıb.

Səhiyyə Nazirliyindən Milli.Az-a bildirilib ki, tədbirdə Azərbaycanı Səhiyyə naziri Oqtay Şirəliyev təmsil edir və o, ölkənin COVID-a qarşı mübarizə tədbirləri ilə bağlı çıxış edib.

Qeyd edək ki, ÜST-ün Avropa üzrə Regional Komitəsinin sessiyası bu il 14-15 sentyabr tarixində virtual olaraq keçirilir və Azərbaycan da daxil olmaqla, Avropadakı ölkələrə COVID-19 pandemiyası kimi qlobal səhiyyə məsələləri ilə bağlı müzakirələr aparmaq üçün imkan yaradır.

Bu komitədə qəbul olunan qərarlar ÜST Avropa regionunda yaşayan 900 milyon insanın sağlamlığına və rifahına təsir göstərə biləcək kollektiv öhdəlik yaradacaq.

Komitənin sessiyası 15 sentyabr 16:00-da yekunlaşacaq.

Milli.Az