OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını açıqladı

14 Sentyabr 2020 18:56

2020-ci ildə OPEC+un neft hasilatının tənzimlənməsi ilə bağlı qərarlarına uyğun olaraq Azərbaycanda maye karbohidrogenlərin hasilatı 0,07 milyon barel/sutka azalaraq ortalama 0,72 milyon barel/sutka təşkil edəcək.

Milli.Az bildirir ki, Trend bu barədə OPEC-in neft bazarı üzrə aylıq hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, 2021-ci ildə 0,01 milyon barel/sutka azalma gözlənilir:

"Azərbaycanda maye karbohidrogenlərin hasilatı iyun ayında əvvəlki ayla müqayisədə 0,02 milyon barel/sutka azalaraq orta hesabla 0,68 milyon barel/sutka təşkil edəcək. Bu göstərici, iyul ayında da təxminən eyni səviyyədə qalıb. Avqust ayı üzrə ilkin hasilat göstəriciləri əvvəlki ayla müqayisədə 0,03 milyon barel/sutka artım və orta hesabla 0,7 milyon barel/sutka hasilat nümayiş etdirir".

Qeyd edək ki, Energetika Nazirliyinin məlumatlarına əsasən, 2020-ci ilin avqust ayında kondensatla birgə neft hasilatı 669,1 min barel/sutkaya bərabər olub. Bunun 584,6 min bareli neftin, 84,5 min bareli kondensatın payına düşüb.

Xam neftin 460,4 min bareli "Azəri-Çıraq-Günəşli" yatağının, 124,2 min bareli SOCAR-ın payına düşüb.

Milli.Az