Zelenski 1,2 milyardlıq krediti təsdiqlədi

14 Sentyabr 2020 20:51

Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynaya 1,2 milyard məbləğində kredit almağa imkan verən Avropa İttifaqı (Aİ) ilə sazişin ratifikasiyası barədə qanunu təsdiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, kredit ehtiyatları Ukraynanın makroiqtisadi sabitliyin, tədiyə balansının və islahatların dəstəklənməsinə yönəldiləcək. Vəsait hərəsi 600 milyon avro olmaqla, iki tranşda veriləcək.

Ukrayna Ali Radası Aİ ilə müvafiq sazişi avqustun 25-də ratifikasiya etmişdi.

Milli.Az