Silvio Berluskoni xəstəxanadan evə buraxılıb

14 Sentyabr 2020 20:34

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni Milanda koronavirusdan müalicə olunduğu xəstəxanadan evə buraxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 83 yaşlı siyasətçi özünü daha yaxşı hiss etdiyini deyib.

Müalicə olunduğu müddətdə S.Berluskoni bu xəstəliyi həyatının ən çətin dövrü adlandırmışdı.

Xəstəxanadan çıxdıqdan sonra sabiq nazir Milan yaxınlığında istirahətini davam etdirəcək.

Qeyd edək ki, S.Berluskoni Sardiniya adasından qayıtdıqdan sonra koronavirusa yoluxmuşdu. Həkimlər ona ikitərəfli pnevmoniya diaqnozu qoymuşdu.

Milli.Az