İçi torpaq dolu yük maşını binaya çırpıldı - VİDEO

14 Sentyabr 2020 20:06

Türkiyənin İzmir şəhərində park vəziyyətində olan yük maşını bir anda yoxuş aşağı hərəkət edərək binanın divarına çırpılıb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Buca rayonunda qeydə alınıb.

Məlumata görə, İnönü məhəlləsində bir binanın inşaatı üçün qazılan özül torpağını daşımağa gələn sürücü, yük maşınını yoxuş aşağı park edərək kabinədən aşağı enib.

Bir müddət sonra isə içi torpaq dolu yük maşını bilinməyən səbəblərdən hərəkət etməyə başlayıb və yoxuş aşağı sürət yığaraq 3 mərtəbəli binanın divarına çırpılıb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Milli.Az