Roberto Karlosun 100 yaşlı nənəsi hamını təəccübləndirdi

14 Sentyabr 2020 18:39

Məşhur braziliyalı Roberto Karlosun nənəsi hamını təəccübləndirib.

Milli.Az fanat.az-a istinadla xəbər verir ki, 100 yaşlı qadın koronavirusa qalib gəlib.

Gismalia dos Santos da Silva bir ay müddətində xəstəxanada müalicə olunub. Bir ayın tamamında 100 yaşlı qadın tam sağalıb.

Kordeiropolisdəki evinə gələn nənəni orda uşaqları, nəvələri ilə yanaşı bələdiyyə sədri və vətəndaşlar qarşılayıb.

Milli.Az