Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri bu gün açıqlanacaq

14 Sentyabr 2020 16:12

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələrinin bu gün açıqlanacağı gözlənilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, imtahanda iştirak edən 900 nəfərdən 648-i məqbul qiymət alıb: "Yəqin ki, imtahan nəticələri ilə bağlı 1 gün ərzində Appelyasiya Komissiyası da fəaliyyət göstərəcək".

Milli.Az