Məleykə Abbaszadə: "Bu ixtisasa yiyələnənlər gələcəkdə çox asanlıqla iş tapa biləcəklər"

14 Sentyabr 2020 16:02

IV qrup üzrə əsasən hazırlıqlı abituriyentlər sənəd verirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu qrupa sənəd verənlər daha çox Azərbaycan Tibb Universitetini seçirlər: "Keçən il IV qrupda plan yerlərində biotexnologiya ixtisası yox idi. Bu il bu yeni ixtisas üzrə də qəbul aparılır. Bu, çox perspektivli olan ixtisasdır. İstərdim ki, abituriyentlər bu ixtisasa diqqət etsinlər. Bu il fizioterapiya və tibbi reabilitasiya ixtisası var. Bu ixtisasa yiyələnənlər gələcəkdə çox asanlıqla iş tapa biləcəklər. Bu il IV qrupda 40 yer üzrə tibb bacısı işi də var. Biz öyrəşmişik ki, tibb bacısı işi kolleclərdə olsun. Amma nəzərə alaq ki, hər bir baş həkimin baş tibb bacısı var. Bu il ictimai səhiyyə ixtisası üzrə 85 yer ayrılıb. Bu ixtisasa yiyələnənlər müxtəlif proseslərdə çox böyük rol oynayırlar".

M.Abbaszadə qeyd edib ki, yeni ixtisas kimi tibb ixtisası var, amma onun keçmiş adı "müalicə işi" ixtisasıdır.

DİM sədri əlavə edib ki, bu il IV qrup üzrə 4 100 plan yeri ayrılıb. Bu yerlərin sayı keçən il 3 710 olub. Ümumilikdə, 390 plan yeri azalıb ki, bu da təxminən 10,5 faiz azalma deməkdir.

Milli.Az