Yeni Nissan Z - mexaniki transmissiya və əl əyləci - FOTO

20 Sentyabr 2020 20:30

Nissan şirkəti Z seriyasından olan yeni idman avtomobilinin carçısı olan Z Proto prototipinin tizer kampaniyasını davam etdirir. Bu dəfə, yapon istehsalçısı mexaniki ötürmələr qutusu, klassik əl əyləci və gələcək modelin yeni dizayn elementləri nümayiş etdirilən videotizeri yayımlayıb.

Gələn çərşənbə axşamı debüt ediləcək yeni Nissan Z Proto, seriya sportkarının prototipi olacaqdır. Yeni sportkar, 2009-cu ildən bəri istehsal olunan 370Z idman avtomobilini əvəzləməlidir. Tizer prototipin altı pilləli mexaniki ötürmələr qutusunu alacağını təsdiqləyir. Bundan başqa, istehsalçı marka pərəstişkarlarının istəyini nəzərə alaraq, yeni idman avtomobilini klassik əl əyləci ilə təchiz edib.

Bundan əlavə, yeni videoçarxda, qapı kandarlarındakı lövhəciklərdə həkk olunmuş Z loqotipi, beş cütlənmiş milləri olan təkər diskləri və idman əyləc supportları göstərilib. Eyni zamanda, Nissan qismən bölünmüş ön optikanı və arxa işıqları da nümayiş etdirib. Onlar şirkətin 1983-cü ildən 2000-ci ilə qədər istehsal etdiyi əfsanəvi Nissan 300ZX modelinin fənərlərini xatırladır.

Milli.Az