Volkswagen Caddy California kemperini təqdim edib - FOTO

24 Sentyabr 2020 23:58

Volkswagen şirkəti beşinci nəsil Caddy modelinin əsasında inşa etdiyi California adlı "təkərli evi" təqdim edib. Yeni Caddy California köhnəlmiş Caddy Beach modelini əvəzləyəcəkdir. Yığcam kemper iki metrlik yataq və mini mətbəx ilə təchiz edilir. Avtomobilin avadanlıq dəstinə modul çadırlar sistemi daxil edilib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Volkswagen Caddy California modeli 75 və ya 122 at qüvvəli dizel mühərrikləri, ön və ya tam ötürnə ilə təchiz edilmiş, uzunluğu 4.501 və 4.853 millimetr olan bir neçə versiyada satışa çıxarılacaqdır. Kemper, modifikasiyadan asılı olmayaraq, panoramik damın altında, baqaj hissəsinin üstündə yerləşən, rahat döşəkli, 1980x1070 millimetrlik ölçüləri olan iki nəfərlik yataqla təchiz edilib.

Mətbəx bir neçə açılan elementdən ibarətdir: yuxarı hissədə küləkdən müdafiə şüşəsi olan qaz plitəsi. alt hissədə isə yemək ləvazimatları dəstini saxlamaq üçün bölmə var. Modul çadırlar sisteminin tenti Caddy California modelinin arxa hissəsinə xüsusi formada bərkidilir. Bu çadırda beş nəfər yerləşə bilər.

"Təkərli evin" avadanlıq siyahısında rəqəmsal cihazlar paneli, 10-düymlük ekranı olan multimedia sistemi və adaptiv Travel Assist kruiz-kontrolu da daxil olmaqla, 19 sürücüyə yardım sistemi var. Caddy California modelinin qısabazalı versiyası 2020-ci ilin sonunadək Avropada satışa çıxarılacaqdır. uzunbazalı versiya isə 2021-ci ildə satış debütü etməlidir.

Milli.Az