"AzTV Xəbər" efirdədir! - Bu gündən tam yeni təqdimatda

14 Sentyabr 2020 18:50

Azərbaycan Televiziyasında gündəlik xəbərlərin təqdim olunduğu informasiya proqramı bu gündən yenilənmiş formatda efirə çıxıb.

Milli.Az bildirir ki, uzun illər "Xəbərlər" adı ilə efirə gedən verilişin adı dəyişdirilərək "AzTV Xəbər" olub.

Bundan başqa, veriliş tamamilə yenilənmiş, müasir studiyadan yayımlanmağa başlayıb.

Bu gün saat 10:00-da "AzTV Xəbər"in yenilənmiş ilk buraxılışını tanınmış teleaparıcılar Rafiq Həşimov və Dilarə Səlim təqdim edib.

https://www.youtube.com/watch?v=S7LPpX8bDBI&feature=youtu.be

Milli.Az