Rusiya klubunun 7 futbolçusu koronavirusa yoluxdu

14 Sentyabr 2020 18:11

Rusiyanın "Rotor" klubunun 7 futbolçusu koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Volqoqrad təmsilçisinin rəsmi saytı məlumat yayıb. Virusa yoluxanların adları açıqlanmayıb. Bütün komandanın karantinə alındığı bildirilib.

Rusiya Premyer Liqasının 7-ci turunun "Rotor" - "Krasnodar" oyunu da təxirə salınıb.

Milli.Az