Azərbaycanlı qızlar Amerika jurnalında - FOTO

14 Sentyabr 2020 18:06

Amerikanın nüfuzlu "Elléments Magazine" jurnalı azərbaycanlı fotoqrafın şəkillərindən istifadə edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dərgi Sarvan Hüseynin fotosessiyasını "fashion" bölməsinə yerləşdirib.

Modellər isə AzTV-nin aparıcısı Mehin Hümbətova və "Miss Supermodel Worldwide of Azerbaijan- 2018" qalibi Fidan Əliyevadır.

Jurnalda sözügedən fotoları ərsəyə gətirən komanda üzvlərinin adı da qeyd edilib.

Milli.Az