Pərviz Türkiyəyə köçüb?

14 Sentyabr 2020 18:17

Acun Ilıcalının "Survivor" yarışmasına qatıldıqdan sonra Türkiyədə də tanınan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev İstanbula yollanıb.

Milli.Az bildirir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, idmançı bir müddətdir orada yaşayır. Pərviz hətta Türkiyədə işə də başlayıb. O, idman zallarından birində boks dərsləri verir.

Abdullayevin birdəfəlik İstanbula köçüb-köçmədiyi isə məlum deyil.

Qeyd edək ki, Pərviz Türkiyədə serial və film dəvəti aldığını da demişdi. O bildirib ki, şərtlər uyğun olarsa, çəkilməyə razılıq verəcək.

Milli.Az