Qadağalara saatlar qalmış mərkəzdə yaranan "mənzərə" - FOTO

14 Sentyabr 2020 16:42

Yoluxma sayının artması ilə əlaqədar olaraq karantin rejiminin sərtləşəcəyini öyrənən gənclər mərkəzi küçələrə axışaraq gecə səhərə qədər əyləniblər.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, görüntülər London, Mançester və Nottinqhemdə çəkilib.

Bu həftədən evə "məhkum" olacaqlarını düşünən gənclər "azadlıqdakı son günlərini" küçədə əylənərək keçirməyi üstün tutublar.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına əsasən, Britaniyada 300 mindən çox insan koronavirusa yoluxub, 41 min nəfər ölüb.

Milli.Az ötən gecə çəkilən fotoları təqdim edir:

İsmayıl
Milli.Az