Azərbaycanlı aktrisa Ronaldunun sevgilisi ilə eyni geyimdə qırmızı xalıya çıxdı - FOTO

14 Sentyabr 2020 16:03

Rejissor Hilal Baydarovun ərsəyə gətirdiyi "Səpələnmiş ölümlər arasında" filmi 77-ci Venesiya Film Festivalında "Qızıl şir" mükafatı uğrunda mübarizəyə qoşulub.

Milli.Az xəbər verir ki, qırmızı xalıda rejissoru aktyorlar Orxan İsgəndərli və Rәna Әsgәrova müşayiət edib.

R.Əsgərova tədbirdəki geyimi ilə diqqət çəkib. O, çəhrayı rəngin tonlarında, dərin yarıqlı, "Su pərisi" modelli don geyinib. Həmin geyim modelindən dünyaca məşhur futbolçu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodrigez də istifadə edib. Onun geyimi "Pronovias" imzalıdır.

Azərbaycanlı aktrisanın Rodrigezlə bənzər saç modelinə üstünlük verməsi də diqqətdən qaçmayıb. (publika.az)

Milli.Az