Bakıda kişi özünü 12-ci mərtəbədən atdı

14 Sentyabr 2020 13:29

Bakıda özünü 12-ci mərtəbədən atan kişi ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Rayon sakini, 1961-ci il təvəllüdlü İsgəndərov Asif Əli oğlu 12-ci mətəbədən özünü ataraq intihar edib.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı araşdırma başlayıb.

Milli.Az