"Rabitə" yarımfinalda! - YENİLƏNİB

28 Dekabr 2011 09:52
28.XII.2011
09:52

Qadın voleybolçular arasında Azərbaycan çempionu "Rabitə" "Top Volley International" turnirində ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın budəfəki rəqibi Fransanın "Kann" klubu olub.
 
Komandamız bu turnirin həlledici - final mərhələsinə vəsiqə qazanmaq üçün Fransa təmsilçisinə də qalib gəlməyə borclu idi. Zoran Qayiçin yetirmələri bu vəzifənin də öhdəsindən gəliblər. Belə ki, təmsilçimiz rəqibini darmadağın edib - 3:0 (25:23, 25:16, 25:23).
 
Xatırladaq ki, komandamızın ilk rəqibi Rusiyanın "Severstal" klubu olmuşdu. Voleybolçularımız ilk görüşdən də qələbə ilə ayrılmışdılar - 3:1 (25:15, 25:19, 25:27, 25:22). Bu qələbələr sayəsində Azərbaycan çempionu turnirin yarımfinalına vəsiqəni rəsmiləşdirmiş olub.
 
Qeyd edək ki, digər qrupda da Rumıniyanın "Dinamo", İsveçrənin "Volero" və Braziliyanın "Unilever" klubları mübarizə aparır. Qruplarında ilk iki yeri tutan komandalar pley-off oyunlarında qarşılaşacaqlar. Qrup sonuncuları isə beşinci yer uğrunda oyun keçirməlidilər.

----------------
27.XII.2011
18:12

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionu "Rabitə" "Top Volley International" turnirində ilk oyununa çıxır. Azerisport.az xəbər verir ki, komandamızın ilk rəqibi Rusiyanın "Severstal" klubudur.
 
Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Saat 23:30-da isə "rabitəçilər" Fransanın "Kann" klubu ilə qarşılaşacaq.
 
Qeyd edək ki, digər qrupda da Rumıniyanın "Dinamo", İsveçrənin "Volero" və Braziliyamın "Unilever" klubları çıxış edir. Qruplarında ilk iki yeri tutan komandalar sabah pley-off oyunlarında qarşılaşacaqlar. Qrup sonuncuları isə beşinci yer uğrunda oyun keçirməlidilər.

Milli.Az