"Bakıdan yaxşı nəticə ilə qayıdacağımızı gözləyirəm"

14 Sentyabr 2020 17:11

Yaxşı və gözəl oyun oldu. Daha böyük fərqlə qələbə qazana bilərdik. Etdiyimiz transferlərin nə qədər yerində olduğunu bütün Türkiyə gördü. Bu əzmlə, bu istəklə yolumuza davam edəcəyik.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak Türkiyə Superliqasının 1-ci turunda "Qaziantep"ə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.

O, Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matç haqda da qısa danışıb: "Çərşənbə günü Bakıda gedəcəyik. Oradan da yaxşı nəticə ilə Türkiyəyə qayıdacağımızı arzulayır və gözləyirəm".

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.

Milli.Az