Bütün bədəninə tatu etdirdi - FOTO

14 Sentyabr 2020 22:49

İsveçrədə bir şəxs bütün bədəninə tatu (döymə) etdirib.

Milli.Az xəbər verir ki, 25 yaşlı Yannik Rik 2016-cı ildən bədəninə tatu etdirməyə başlayıb.

Ümumilikdə Rik tatuya 400 saat vaxt sərf edib.

Bu, ona 10 min funt sterlinqdən (21 793 AZN) baha başa gəlib.
Onun sözlərinə görə, bütün bədəninin tatu ilə örtülməsi onun qocalar evindəki işinə mane olmur. Sadəcə, bəzi yaşlılar ondan "çirkli əllərini yumasını" istəyirlər.

Rik qeyd edib ki, bədəninə süni çapıqlar da etdirib:

"Nə vaxt özümü pis hiss etsəm, tatu salonuna gedib yeni döymələr və çapıqlar etdirəcəyəm". (ölkə.az)

Milli.Az