Ermənilər Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutublar

14 Sentyabr 2020 12:13

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Müdafiə Nazirliyindən Milli.Az-a bildirilib ki, sentyabrın 13-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

Milli.Az