Qadın və kişi yol üstündə bir-birinə yumruq-təpik atdı - ANBAAN VİDEO

14 Sentyabr 2020 13:45

Türkiyənin Ankara şəhərində qadın və kişi sürücü arasında dava baş verib.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident Sincan rayonunun Fatih küçəsində qeydə alınıb.

İddiaya görə, eyni istiqamətdə hərəkətdə olan yük maşını ilə minik avtomobilinin kişi və qadın sürücüsü, yol vermək üstündə öncə mübahisə, daha sonra isə əlbəyaxa dava ediblər.

Bir-birinə təhqiramiz sözlər deyən və yumruq təpik atan tərəflər, digər vətəndaşların araya girməsi ilə ayrılıblar. Həmin anlar isə həvəskar kamera tərəfindən qeydə alınıb.

Milli.Az