Gürcüstanda 165 nəfər koronavirusa yoluxdu

14 Sentyabr 2020 11:28

Gürcüstanda son sutka ərzində 165 nəfər koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, növbəti rekord göstərici olub. Ölkədə bu günədək virusa yoluxanların sayı 2 392 nəfərə çatıb.

Bundan əvvəlki ən yüksək göstərici sentyabrın 12-də (158 nəfər) qeydə alınmışdı.

Bu günədək ölkədə 19 nəfər vəfat edib. 1 369 nəfər sağalıb, 1 004 nəfərin müalicəsi davam edir.

Milli.Az