Ermənistanda 107 yeni yoluxma

14 Sentyabr 2020 11:55

Ermənistanda son sutka ərzində 107 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 45 969-a çatıb.

Son sutkada virusdan daha 3 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 919-a çatıb.

Milli.Az