Tanınmış cütlüyün ilk övladı doğuldu

14 Sentyabr 2020 09:32

36 yaşlı Felisiti Cons və 44 yaşlı Çarlz Hard valideyn olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa övladının doğuluşunu mediadan gizlətməyə çalışsa da buna nail ola bilməyib. Paparassilər Felisitini Londonda uşağını gəzdirərkən görüntüləyiblər.

Aktrisa və rejissor əri uşaqla bağlı sualları cavabsız qoyub, onun cinsiyyətini belə açıqlamaq istəməyiblər. Consun hamiləlik xəbəri mediada ötən ilin dekabrında yayılmışdı.

Qeyd edək ki, Cons və Hard 2018-ci ilin iyulunda evlənib.

Milli.Az