Bakıda səhər saatlarında qəza - Avtomobillər bu hala düşdü - FOTO

14 Sentyabr 2020 09:27

Səhər saatlarında Bakıda yol qəzası baş verib.

Milli.Az bildirir ki, yol nəqliyyat hadisəsi "Nizami" metro stansiyası yaxınlığında, Cəfər Cabbarlı küçəsində baş verib.

"Lexus" markalı avtomobil "Chevrolet Cruze" ilə toqquşub, nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. 

Hadisə şahidlərinin dediyinə görə, xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Emin
Milli.Az