ABŞ-da 33 nəfər meşə yanğınlarının qurbanı olub

14 Sentyabr 2020 08:40

ABŞ-ın qərbində meşə yanğınlarının qurbanlarının sayı 33 nəfərə çatıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, ən çətin vəziyyət Oreqon və Kalifornia ştatlarında qalır, burada yanğınlarda 10 və 22 nəfər ölüb. Onların əksəriyyəti son bir neçə gündə həlak olub.

Aydahoda yerləşən Milli İdarələrarası Yanğın Mərkəzinin verdiyi məlumata görə, ümumilikdə, qərbi Amerika əyalətlərində 94 meşə yanğını davam edir və bəziləri ərazilərində rekord həddə çatıb. Onların ümumi sahəsi təqribən 1,9 milyon hektardır. Yanğının söndürülməsində 30 mindən çox yanğınsöndürən iştirak edir.

Ağ Evin Mətbuat Katibinin müavini Cadd Dir ölkə Prezidenti Donald Trampın 14 sentyabrda meşə yanğınları vəziyyəti ilə əlaqədar yerli hakimiyyət orqanlarının hesabatını dinləmək üçün Kaliforniyaya gedəcəyini açıqlayıb.

Milli.Az