Böyük Britaniyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

14 Sentyabr 2020 09:10

Böyük Britaniyada koronavirusa yoluxanların sayı artmaqda davam edir. Son sutka ərzində 5 min 497 nəfər virusa yoluxub. Mütəxəssislərin fikrincə, bu, ikinci dalğanın başlamasına işarədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hökumət virusa yoluxmada artımı nəzərə alaraq karantin qaydalarını sərtləşdirməyə başlayıb.

Krallığın tərkibində olan ərazilərdə 6 nəfərdən artıq insanın toplaşması yasaqlanıb. Bazar ertəsindən etibarən qanun qüvvəyə minəcək.

Birminhem, Sandvel və Solihul ərazilərindən başqa Mançesterin şimalındakı Boltonda da yenidən karantin rejimi tətbiq olunacaq.

Milli.Az