İkimərtəbəli ev yanıb

13 Sentyabr 2020 23:55

Quba rayonunun İkinci Nügədi kəndində ümumi sahəsi 160 m² olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az