Türkiyədə hərbçi şəhid olub

13 Sentyabr 2020 23:20

Türkiyə təhlükəsizlik qüvvələrinin ölkə daxilində həyata keçirdiyi "İldırım-2 Ciko" antiterror əməliyyatı çərçivəsində bir hərbçi şəhid olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Daxili Qoşunların sıravi hərbi qulluqçusu Hakkari vilayətinin Yüksekova bölgəsində mağaraya sıxışdırılan terrorçularla atışmada həlak olub.

Əməliyyat zamanı iki terrorçu öldürülüb.

Milli.Az