Xurnikin faydaları

19 Sentyabr 2020 21:50

Xurnik(lat. - ürək alması) narıncı rəngdə, şirin, yeməli giləmeyvədir. O ən çox tropik və zəif klimatik bölgələrdə yetişir. Xurnikin vətəni Çinin şimal hissəsi hesab edilir, amma Gürcüstanda, Yunanıstanda, Qırğızıstanda, Türkiyədə, Krımda, Avstraliyada, Amerikada və bir çox ölkələrdə xurnik ağacı yetərincə bar verir. Bizim ölkəmizin iqlimi də lazım olan qədər xurnik ağacının yetişməsi üçün əlverişlidir. Azərbaycanda nəinki xurnik bağlarına, hətta həyətyanı sahələrdə də xurnik ağacına rast gəlmək mümkündür. İndi dünyada xurnikin 500-ə yaxın növü yetişir.
Meyvənin yetişməsini onun ölçüsünün böyüklüyünə, rənginə və üst yarpaqlarının vəziyyətinə baxıb təyin edirlər. Meyvənin yetişmə dövrü ilə yarpaqların rənginin dəyişməsi eyni vaxta düşür. Yarpaqların rəngi solduqda meyvə tam dəymiş olur və onun üstünə tünd rəngli ləkələr düşməyə başlayır. Bu dövrdə yığılımış xurniki uzun müddət saxlamaq mümkün olmur. Xurnikin ən dadlı növü hər tərəfi eyni, parlaq narıncı rəngdə və yumşaq olan növü sayılır. Bu cür xurniki zədələmədikdə soyuducunun alt hissəsində bir müddət saxlamaq mümkün olur. Uzun müddət xurnik saxlamaq istədikddə isə onu kəsib içərisindəki tumlarını çıxararaq soyuducunun dondurucu hissəsində saxlamaq mümkündür. Aşağı temperatur şəraitində xurniki keyfiyyətini itirmədən yarım il saxlamaq mümkündür. Əgər bazardan alınan xurnik yetişməyibsə, o zaman onu mətbəx masasının üstündə bir müddət saxladıqda o yetişir.
Qida dəyəri:
- Zülallar - 0,5 qram
- Yağlar - 0,4 qram
- Karbohidratlar - 15,3 qram
- Su - 81,5 qram
- Kalori - 67 kKal.
Meyvənin tərkibində olan turşuluq mədə-bağırsaq sisteminin, böyrəklərin, qaraciyərin fəaliyyətini yaxşılaşdırır. Onun antibakterial təsiri bir çox bağırsaq çöplərinin məhv olmasına və bağırsaq fəaliyyətinin yaxşılaşmasına yardım edir. Xurnikin tərkibində olan A, PP, E, C vitaminləri, kalium, kalsium, dəmir, yod, fosfor mikroelementləri, marqanes, maqnium, sink və s. var. Tərkibində olanlar qırmızı qurd eşənəyi və sinqa xəstəliyi zamanı xəstəliklərin əlamətlərinin azalmasına və xəstəliyin sağalmasına səbəb olur.
Bəzi həkimlər ürək-damar və böyrək xəstəlikləri zamanı artıq mayenin orqanizmdən xilas olması məqsədilə xəstələrə xurnik yeməyi məsləhət bilir. Bu zaman xurnik şirəsini eyni miqdarda süd ilə qatıb içmək lazımdır( gündə 100 qram).
Xurnik tərkibində az şəkər olan meyvələrdəndir. Onun tərkibində olan şəkər isə orqanizm tərəfindən asan mənimsənilir və qanda şəkərin miqdarının artmasına səbəb olmur.
Xurnikin digər faydalı xüsusiyyətlrindən biri də onun atereskleroz əlamətlərini azaltma qabiliyyətinin olmasıdır. Uzun müddət gün ərzində 100 qram xurnik yemək xəstəliyin əlamətlərini azaldır.
Xurnikin tərkibində olan polivitaminlər orqanizmdə bədxassəli şiş xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır. Xurnik yemək leykemiya xəstəliyi zamanı müalicəvi təsir göstərir. Uzun müddət xurnik yemək beyinin işini fəallaşdırır. Belə ki, ensefalitlər və qansızmaların əmələ gətirdiyi zədələri aradan qaldırmaq üçün uzun müddət hər gün 100-200 qram xurnik yemək məsləhət görülür.
Tərkibində yodun miqdarının çox olmasına görə xurnik qalxanvari vəzin də fəaliyyətini yaxşılaşdırır. Soyuqdəymə və boğaz ağrısı zamanı isti xurnik şirəsi içməkdə fayda var.
Kosmetologiyada tətbiqi
Xurnikdən kosmetologiya sahsində üz dərisinin gözlləşməsi, səpgilərin aradan qalxması, qırışların genişlənməsi məqsədilə istifadə edilib. Bunun üçün yumşalmış xurniki yumurta sarısı ilə qarışdırıb üzə sürtmək və 30 dəqiqə saxlamaq lazımdır. Maskanı üz dərisindən isti su ilə təmizləyib dərini qurulayan kimi onun faydası hiss olunur. Yağlı dəri üçün isə xurnik şirəsini yumurtanın ağı və aloe ilə qarışdırırb qarışımı üzə sürtmək və 20 dəqiqə sonra isti su ilə yumaq lazımdır. Bu maskanı əllərə və boğaz nahiyəyə etdikdə gözəl effekti olur.
Dietologiyada xurma
Xurnik dietik və faydalı qidalardan hesab edilir. Dietoloqlar pəhriz saxlayanlar və vegeryanlar üçün xurnik yeməyi məsləhət bilir.
Kulinariyada
Kulinariyada xurnikdən salatların, desertlərin və bəzi ət xörəklərinin hazırlanmasında istifadə edilir. Bəzi ölkələrin kulinariyasnda xurnikdən müxtəlif dondurmaların hazırlanmasında istifadə edilir. Ondan dadlı bəkməz də hazırlanır.
Xurnikin faydalı xüsusiyyətləri
Şəkəri diabetdən və mədəaltı vəzi xəstəliklərindən əziyyət çəkənlərə xurnik yeyən zaman ehtiyatlı olmaq məsləhət görülmür.
Xroniki qəbizılikdən və babasildən əziyyət çəkənlərə də xurnik yemək məsləhət görülmür.

Milli.Az