Kurts ölkədə pandemiyanın ikinci dalğasının başladığını deyib

13 Sentyabr 2020 19:34

Avstriyada koronavirus pandemiyasının ikinci dalğası başlayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avstriya kansleri Sebastyan Kurts bildirib.

Kansler bildirib ki, indi baş verənlər ikinci dalğanın başlanğıcıdır: "Xəstələrin sayı hər gün artır".

S.Kurts qeyd edib ki, iki həftə əvvəl ölkədə sutka ərzində təxminən 350 yoluxma halı qeyd edilirdi, dünən bunun sayı 850-dən çox idi: "Tezliklə biz sutkada 1000 nəfərin xəstələnməsi göstərəcisinə çatacağıq".

S.Kurts əhalini sosial məsafəni qorumağa və tibbi maskalar taxmağa çağırıb.

Milli.Az