"Milan"ın ulduz futbolçusu Türkiyə klubuna keçir

13 Sentyabr 2020 18:12

"Milan"ın futbolçusu Lukas Bilya karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçi Super Liqaya yeni vəsiqə qazanmış Fatih Karagümrük klubuna keçə bilər. "Milan"dan ayrılacağı gözlənilən futbolçunun bu keçidə isti yanaşdığı bildirilir.

Qeyd edək ki, Bilya "Milan"da ilinə 2,8 milyon avro qazanır.

Milli.Az