Saatlıda ev yanıb

13 Sentyabr 2020 17:46

Saatlı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Saatlı rayonunun Mustafabəyli kəndində ümumi sahəsi 236 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 156 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az