"Eintracht"dan "Milan"a - RƏSMİ

13 Sentyabr 2020 17:39

Milan ötən mövsüm komandada icarə əsasında çıxış edən "Eintracht Frankfurt"un futbolçusu Ante Rebiçi birdəfəlik transfer edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "rossoneri"lər Xorvatiya millisinin üzvünü pulsuz heyətinə qatıb. İtaliya təmsilçisi 26 yaşlı futbolçuyla 5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Rebiç ötən mövsüm "Milan"ın heyətində 26 oyuna 11 qol vurub.

Xatırladaq ki, bir müddət öncə "Eintracht" "Milan"dan Andre Silvanı 9 milyon avroya transfer etmişdi.

Milli.Az