Beyl Premyer Liqaya qayıdır

13 Sentyabr 2020 17:26

"Real Madrid"in futbolçusu Qaret Beyl klubunu dəyişə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, uelsli yarımmüdafiəçi karyerasını "Mançester Yunayted"də davam etdirə bilər. "Kral klubu" 31 yaşlı futbolçu üçün Mançester təmsilçisindən 20 milyon avro tələb edir. "Qırmızı şeytanlar" bu məbləği ödəyərək Beyli heyətinə qatacağı gözlənilir.

Qeyd edək ki, Beyl "Real Madrid"ə 2013-cü ildə "Tottenham"dən keçib.

Milli.Az