"Qalatasaray"ın yetirməsi "Lille"də - RƏSMİ

13 Sentyabr 2020 17:13

"Lill" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Liqa 1 klubu türkiyəli futbolçu Mustafa Kapını heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Qalatasaray"ın yetirməsi olan 18 yaşlı futbolçu "Lill"ə azad agent kimi keçib. Onunla imzalanın müqavilənin detalları açıqlanmayıb.

Mustafa Kapı "Qalatasaray"ın tarixində Super Liqada meydana çıxan ən gənc futbolçu ünvanına sahib çıxmışdı.

Milli.Az