Apple-dan App Store ilə bağlı qaydalara dəyişiklik

15 Sentyabr 2020 23:10

Apple şirkəti bu ayın sonunda iOS14 əməliyyat sisteminin tətbiqi ərəfəsində tətbiqlər yükləmə bölümü olan App Store ilə bağlı qaydalara dəyişikliklər edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bundan belə Google Stadia, Microsoft xCloud kimi striminq platformlardakı oyunlar xüsusi əlavədən yox, bilavasitə App Store-dan yüklənməlidir.

Microsoft şirkətindən bu yeniliyi tənqid edərək oyunçular üçün əlverişli olmadığını bildiriblər.

Qeyd edək ki, hazırda Apple ilə Fortnite oyununu hazırlayan Epic Games şirkəti arasında məhkəmə davası gedir. Belə ki, Epic Games həmin oyununda Apple-a 30 faizlik komissiya haqqı ödəməmək imkanı yaradan yeni ödəniş sistemi tətbiq edib. Buna görə Apple App Store-ın istifadəsinə dair müqavilənin pozulması ilə bağlı məhkəməyə üz tutub.

Milli.Az