“OPPO A32” smartfonu təqdim edilib

15 Sentyabr 2020 08:25

"OPPO" şirkəti "OPPO A32" adlı yeni orta qiymət kateqoriyasına məxsus smartfonunu təqdim edib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni "Qualcomm Snapdragon 460" mobil platforması əsasında hazırlanmış cihaz 4 və ya 8 QB əməli yaddaşa malik konfiqurasiyalarda  təklif edilir. Hər iki halda daxili daşıyıcının tutumu 128 QB təşkil edir, "microSD" (256 QB-dək) yaddaş kartını quraşdırmaqla onun tutumunu artırmaq olar. Smartfon 1600x720 piksel təsvir ölçülü və 90 hers yeniləmə tezlikli 6,5 düymlük ekranla təchiz edilib.
 
Qurğunun arxa tərəfində 13 meqapiksellik (mp) əsas sensor, 2 mp-lik dərinlik datçiki və makroçəkiliş üçün 2 mp-lik moduldan ibarət əsas kameranın düzbucaqlı bloku yerləşdirilib. Ekrana yerləşdirilmiş ön kamera 16 mp-dək təsvir ölçüsündə şəkillər çəkməyə imkan verir.
 
18 vatlıq sürətli enerjidoldurma texnologiyasına malik 5000 milliamper/saat tutumlu akkumulyator qurğunun avtonom işləməsini təmin edir. Arxa qapaqda quraşdırılmış barmaq izləri skaneri təhlükəsizliyi təmin edir. Smartfon göy, yaşıl və qara rəngli korpuslarda əlçatandır.

Milli.Az