Raps yağının faydaları

15 Sentyabr 2020 09:00

Pars kələmçiçəyikimilər fəsiləsinə aid olan birkilərdəndəndir. Paps bitkisi yağ alına bilən bitkilərdəndir. Ondan sənayedə istifadə edilən raps yağı əldə edilir. Raps çiçəklərinin tərkibində boya maddələri olduğu üçün ondan dəri, tekstil, sabun və metaləritmə sənayesində geniş istifadə edilir. Raps yağı raps çiçəklərinin toxumlarından əldə edilir. Raps yağının tərkibində tioqlikozidlər və erukov turşusu var. Ondan sabunların hazırlanmasında geniş istifadə edilir. Raps yağının xüsusi qoxusu və dadı olur. Bu yağ Avropa və Amerika ölkələrində çox məşhurdur. Bu yağdan ən çox sabunqayırmada, rənglərin hazırlanmasında, tekstil sənayesində bioloji təmiz maddə kimi istifadə olunur. Qida sənayesində raps yağından istifadə olunur. Bu yağdan ən çox bəzi qidaların marinadlaşdırılmasında, salatların, mayonezlərin hazılanmasında istifadə edilir.
Raps yağının əsas tərkibi piylərdən, doymamış yağ turşularından ibarətdir. Onun tərkibində olein, eykozen, eruko, linolen, alfa-linolen və s. turşular var. Raps yağının tərkibində orqanizm üçün faydalı olan E, B qrup vitaminlər, kalsium, maqnium, sink, fosfor və s. elementlər var. Raps yağlının tərkibində olanlar mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır. Raps yağı maddələr mübdiləsini yaxşılaşdırır, qan dövranı sisteminin işini normallaşdırır, tromb əmələgəlmənin qarşısını alır. Raps yağı sağlam qida maddəsi hesab edilir, amma o keyfiyyəti aşağı olan və orqanizm tərəfindən gec sorulan yağlardandır. Raps yağının tərkibində olan esensial turşusu orqanizmdə vacib rollardan birini görür. O orqanizmə antioksidant təsir bağışlayır və hüceyrə membranının möhkəmlənməsinə səbəb olur. Dermatologiyada raps yağından genis istifadə edilir. O dərini qidalandırır, ondan farmokologiyada geniş istifadə edilir. Son illər Amerikanın San Fransisko şəhərinin alimləri raps və zeytun yağından daima istifadə edən qadınlar arasında sorğular aparmış və onlarda süd vəzi xərçənginin əmələgəlmə riskinin digər yağlardan istifadə edən qadınlardan dəfələrlə az olmasını sübut etmişlər. Bitki yağları içərisində tərkibində ürəyin işini normallaşdırmaq üçün ən faydalı yağ turşuları raps yağındadır.
Kosmetologiyada tətbiqi
Kosmetologiyada raps yağından dəriyə və saçlara qulluq vasitəsi kimi istifadə edilir. Bədən dərisinin qidalanması və elastikləşməsi üçün vanna qəbul edən zaman suya raps yağı əlavə etmək lazımdır. Bu zaman isti su vannasına bir stəkan süd, ¼ stəkan duz, 2 xörək qaşığı lavanda yağı və 2 xörək qaşığı raps yağı əlavə etmək lazımdır.
Lavanda yağı, cökə dəmləməsi və raps yağı qarışımından hazırlanan maska üz və bədən dərisinə antimikrob və sakitləşdirici təsir bağışlayır.
Raps yağının zərərli xüsusiyyətləri
Bu yağdan öd daşı, xolisistit, xroniki hepatit, diareya xəstəlikləri zamanı istifadə etmək məsləhət görülmür. Uzun müddətə bişirilən və uzun müddət qaynadılan yeməklərin istifadəsi zamanı raps yağından istifadə eləmək məsləhət görülmür. Buna səbəb isə uzun müddət yüksək temperaturda raps yağının tərkibinəki maddələrin tərkibini dəyişməsidir. 160*-dən yüksək tempraturda bu yağın tərkibində orqanizm üçün təhkükəli maddələr əmələ gəlir.

Milli.Az